Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” “Cooliris” fototətbiq tərtibatçısını satın alıb


"Yahoo!" internet şirkəti satınalmalar hesabına internet bazarında öz mövqeyini möhkəmləndirməyə davam edir. ABŞ şirkəti mobil proqram təminatının hazırlanması ilə məşğul olan "Cooliris" firmasını satın alıb.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Cooliris" firmasının əsas məhsulu "BeamIt" proqramıdır: smartfon və planşet sahibləri fotoşəkillərini təhlükəsiz paylaşa bilərlər. Bu xidmətin imkanları "Yahoo!" şirkətinə məxsus "Flickr" fotohostinqinə inteqrasiya ediləcək.

Yeni sazişin dəyəri açıqlanmayıb. "Cooliris" şirkətində 17 insan işləyir.

"Yahoo!" şirkəti Marissa Mayerin rəhbərliyi altında təxminən 20 satınalma edib.

Emil Hüseynov




25/11/14    Çap et