Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az” portalında yeni xidmət növü istifadəyə verilib


“Hesab.az” ödəmə portalından onlayn xidmətlər portalına çevrilib.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portalda yeni xidmət növü istifadəçilərin ixtiyarına verilib. Belə ki, “Park Cinema” “Hesab.az”a qoşulub.
 
 
Bundan sonra vətəndaşlar “Park Cinema”da nümayiş olunan filmlərə onlayn bileti vaxt itirmədən “Hesab.az” vasitəsilə ala biləcəklər.
 
 
Qeyd edək ki, hazırda “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların,  kabel televiziyaların ödənişlərini həyata keçirə bilərlər. 
 
 Portalda lizinq və bank kreditlərinin ödənişi,  kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir.
 
 
CAHANGİR




25/11/14    Çap et