Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” bütün qurğuları izləməyə imkan verib


ABŞ-ın “Google” korporasiyasının təqdim etdiyi yeni "Qurğu və fəaliyyəti" panelinin köməyi ilə hesabın hansı qurğulardan istifadəsini izləmək olar. Bu haqda şirkətin rəsmi bloqunda yazılıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni panel hesabın səhifəsindəki "Təhlükəsizlik" bölməsindədir.

Panel son 28 gündəki bütün aktivliyi, həmçinin indi hesaba qoşulmuş qurğuları göstərir. Məsələn, müəyyən qurğudan (əməliyyat sistemləri və brauzer) daxilolma vaxtı qeyd olunur. Təhlükəsizliyə təhdid olduqda profilin müdafiəsi və parolun dəyişdirilməsi alətlərinə yönəldən xüsusi istinad var. Həmçinin hər hansı qurğunun hesaba girişinə blok qoymaq olar.

Bundan başqa, şirkətin yaratdığı xüsusi səhifədə “Google”da öz profilini qorumaq üsulları haqda ətraflı məlumat verilib.

Emil Hüseynov




25/11/14    Çap et