Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MilliNet 2014”də saytların qeydiyyatı başa çatıb


Milli İnternet Mükafatı – “MilliNet 2014”də saytların qeydiyyat başa çatıb.

Təşkilat Komitəsindən verilən məlumata görə, bu il müsabiqəyə 14 nominasiya üzrə 322 sayt təqdim edilib. İndiyədək 268 sayt müsabiqəyə qəbul edilib.
 
Hazırda yalnız noyabrın 25-i, saat 24.00-dək qeydiyyatdan keçən saytların müsabiqəyə qəbul edilməsi məsələsinə baxılır.
 
Bu proses 1-ci səsvermə bitənədək davam edəcək.
 
İstifadəçilərin qeydiyyatına hər hansı məhdudiyyət yoxdur. İstifadəçilər qeydiyyatdan keçərək müsabiqəyə qəbul edilən saytlara şərhlər yaza bilərlər.

CAHANGİR




26/11/14    Çap et