Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” və “iPad” istifadəçiləri üçün “MilliÖn” terminallarının xəritəsi təqdim ediləcək


"Start Interactive Agency" proqramçılar komandası yaxın zamanda "iPhone" və "iPad" istifadəçiləri üçün "MilliÖn" terminallarının xəritəsini təqdim edəcək.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, hazırda şirkət artıq  "iPhone" və "iPad" istifadəçilərinə Azərbaycanda fəaliyyət göstərən bütün bankların bankomatlarının yerləşdiyi yeri göstərən əlavə proqram təqdim edib.
 
Bu əlavə proqram "Bankomatic" adlanır. Hazırda proqramçılar "PayPoint" (Milli Ön) terminallarının yerləşdikləri yerləri göstərən xəritə üzərində işləyirlər və eyni zamanda bankomatlar haqda məlumatlar artırırlar.
 
"Bankomatic" proqramını "AppStore"da bu internet ünvanından yükləmək olar.
 
Aynur Vəliyeva
 




27/11/14    Çap et