Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsrail şirkətləri “Bakutel-2014” sərgisində öz məhsullarını nümayiş etdirəcək


İnformasiya-kommunikasiya texnologiyaları sahəsində uğurlu nəticələr əldə etmiş bir çox ölkələr kimi, İsrail də 2-5 dekabrda keçiriləcək “Bakutel” sərgi-konfransına böyük maraq göstərir. Bu baxımdan İsrailin bir neçə şirkəti öz məhsullarını adıçəkilən sərgidə nümayiş etdirmək üçün Bakıya gələcək.
 
Qeyd edək ki, sözügedən ölkənin şirkətləri sərgidə təkcə mülki sahədə istifadə olunan avadanlıqlar deyil, eyni zamanda müdafiə sənayesində də tətbiq olunan İKT məhsullarını stendlərə düzəcəklər.
 
Bunlar «Elbit Systems» və «TSG IT Advanced Systems LTD» (Ness Technologies) müdafiə şirkətləridir. Hər iki şirkət hərbi və mülki rabitə, İT texnologiyaları sahəsində ixtisaslaşıb. Həm «Elbit Systems», həm də «TSG IT Advanced Systems LTD» şirkətinin Azərbaycanda təsis etdikləri firmalar mövcuddur.
 
Onlar Azərbaycan Silahlı Qüvvələrinin təchizat proqramlarında da iştirak edirlər.
 
SEYMUR




28/11/14    Çap et