Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya internet şirkətlərini terrorizmlə fəal mübarizəyə çağırır


Böyük Britaniya hökuməti yerli internet şirkətlərindən terrorizmlə daha fəal mübarizə aparmağı tələb edir.  
 
Bu məqsədlə baş nazir Devid Kemeron antiterror layihəsi təqdim edib. Layihəyə əsasən, provayderlər potensial terrorçuları müəyyənləşdirməyə və onların şəbəkəyə hansı qurğu ilə daxil olmasını öyrənməyə kömək edən informasiyanı saxlayacaq.
 
“Biz terrorçulara məxsus məlumatların hakimiyyət və ya provayderlər üçün əlçatmaz olması anlayışını qəbul etməməliyik. Onlar şəbəkədən qətllər və xaos yaratmaq məqsədilə istifadə edirlər”, - baş nazir qeyd edib.
 
Hazırda hökumət qeyri-qanuni olmayan ekstremist xarakterli materialları müzakirə edir, - “Qazeta.ru” yazır.




29/11/14    Çap et