Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vikimənbədə Azərbaycan dilində olan məqalələrin sayı 3 mini ötüb


Vikimənbədə (wikisource.org) indiyədək Azərbaycan dilində 3014 məqalə yerləşdirilib.
 
"ICTnews" elektron xəbər xidməti bu barədə "Vikimənbə"yə istinadən məlumat verir.
 
VikiMənbə məzmunu könüllü istifadəçilər tərəfindən zənginləşdirilən virtual-kütləvi kitabxanadır. Virtual kitabxana 63 dildə fəaliyyət göstərir.
 
Bura müəllif hüququ ilə qorunmayan ədəbiyyat nümunələri, tarixi, hüquqi, elmi əsərlər və başqa sənədlər əlavə edilə bilər.
 
CAHANGİR
 




29/11/14    Çap et