Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bing” 2014-cü ilin ən populyar axtarış sorğularını səsləndirib


“Microsoft” korporasiyasına məxsus “Bing” axtarış sistemi 2014-cü ilin ən populyar sorğularını açıqlayıb.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “Bing”in versiyasına görə, ən populyar cihaz “iPhone 6” (sonrakı yerlərdə “Xbox One”, “Fitbit”, “iPad”, “Surface Pro 3”), tətbiq “Facebook App” (sonrakı pillələrdə “Twitter”, “Instagram”, “Skype”, “Vine”, “Snapchat”), oyun “Destiny” (sonrakı pillələrdə “Lone Survivor”, “Halo: Master Chief Collection”, “Terraria”, “Titanfall”, “Watch Dogs” ) və film "Soyuq ürək"dir.
 
Emil Hüseynov





02/12/14    Çap et