Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ADİU-nun İnnovativ Biznes İnkubatoru “Bakutel-2014” sərgisində 4 startapı nümayiş etdirir


“Bakutel-2014” sərgisinin Yüksək Texnologiyalar Parkı meydançasında Azərbaycan Dövlət İqtisad Universitetinin innovativ layihələrinin təqdimatı üçün xüsusi guşə ayrılıb.
 
Universitetdən verilən məlumata görə, guşədə ADİU-nun İnnovativ Biznes İnkubatoru 4 startap ilə təmsil olunur. Sərgi iştirakçılarını maraqlandıran suallar nümayəndələr tərəfindən ətraflı cavablandırılır.
 
Qeyd edək ki, “Bakutel-2014” sərgi-konfransında dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir ki, bu şirkətlər arasında da aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.
 
CAHANGİR
 




03/12/14    Çap et