Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azerspace-1” peyki üzərindən yayımlanan kanallar siyahısına “Lider” TV də daxil oldu


Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “Lider” telekanalı arasında kanalın “Azerspace-1” peyki üzərindən yayımına dair müqavilə imzalanıb. Böyük izləyici kütləsi olan televiziya kanalı 11135/H/27500 tezliyi ilə 1 dekabr 2014-cü il tarixindən etibarən efirə çıxıb.
 
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.
 
2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
 
Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə ikinci telekommunikasiya peykinin ortitə çıxarılması və Yer səthinin məsafədən müşahidəsinə dair kommersiya xidmətlərinin göstərilməsi daxildir.
 




08/12/14    Çap et