Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İcazələrin elektron informasiya portalından Azərbaycanla yanaşı, 35 ölkədən olan istifadəçilər də yararlanıb


İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az” portalının xidmətlərindən noyabr ayında 8840-dan çox, indiyədək isə 316 mindən artıq internet istifadəçisi faydalanıb.
 
Nazirlikdən verilən məlumata görə, noyabr ayında portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, 35 xarici ölkədən, o cümlədən Rusiya, Belçika, Almaniya, ABŞ və Türkiyədən olan istifadəçilər də yararlanıblar.
 
Xatırladaq ki, icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb.
 
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək portalda 20 dövlət qurumunun 145 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
 
CAHANGİR
 




09/12/14    Çap et