Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

”Myvideo.az” Azərbaycanın ən baxılan saytlar siyahısının ilk beşliyinə daxil oldu


Milli onlayn televiziya platforması olan “Myvideo.az” portalı son bir neçə ay ərzində Azərbaycanın ən baxılan beş saytlarından birinə çevrildi.
 
Qeyd edək ki, “Myvideo.az” Azərbaycanın ən iri video portallarındandır. Saytda qeydiyyatdan keçmiş istifadəçilər portala 100.000-dən çox video yükləmişlər. Həmçinin, sözügedən sayt vasitəsilə 100-dən çox milli və xarici kanalları izləmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, “Myvideo.az” həmin kanalların 10 günlük arxivini də təqdim edir ki, bununla da istənilən kanalı vaxt baxımından geriyə çəkib istənilən verilişləri izləmək mümkündür.  Videoməzmunların aktuallığını və istifadəçilərin ona artan tələbatını nəzərə alaraq “Myvideo.az” maraqlı kontentlərlə istifadəçilərin marağını cəlb etməyə və onların sayını artırmağa davam edəcək.
 
Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı - “Bakutel-2014” sərgisi zamanı biznesin B2B və B2G istiqamətləri üçün nəzərdə tutulan yeni servislər nümayiş etdirilmişdir, məsələn, konfrans, forum və seminarlardan canlı yayımın (birbaşa İnternetə yayım) təşkili.
 
RƏVAN
 




10/12/14    Çap et