Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda Proqramçılar Gününə həsr olunmuş tədbir keçiriləcək


“Microsoft” şirkətinin təşəbbüsü ilə dekabrın 17-də Bakıda Proqramçılar Gününə həsr olunmuş tədbir keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir tələbələr, mühəndislər və gənc mütəxəssislər üçün nəzərdə tutulub.
 “Proqramçılar Günü - 2014″ tədbirinin əsas mövzusu bulud mühitidir.
 
Tədbirdə bulud proqramlaşdırması və idarəetməsi, masaüstü və mobil tətbiqlərin yaradılması, peşəkar inkişaf və sertifikatlaşdırma (Microsoft Certified Solutions Developer) istiqamətləri əhatə olunacaq.
 
Aynur Vəliyeva
 




11/12/14    Çap et