Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” əlavələr dükanından pirat kontentini silməyə başlayıb


“Google” axtarış sistemi “Google Play Store” əlavələr dükanından pirat kontentini silməyə başlayıb.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, dükanın rəhbərliyi bu aydan etibarən pirat kontenti ilə bağlı olan əlavə proqramları silmək haqda qərar qəbul edib.
 
“Google Play Store”un  pirat siyahısına düşən ilk əlavələr arasında “The Pirate Bay Proxy”, “The Pirate Bay Premium”, “The Pirate Bay Mirror” və “PirateApp” proqramları olub. 
 
İnternet-korporasiyanın nümayəndələri bildiriblər ki, yuxarıda göstərilən əlavə proqramların silinməsi pirat məhsullardan qurtulma üzrə kampaniyanın başlanğıcıdır. Proqram silinəndən sonra, “Google” pirat əlavələrin yaradıcılarına qəbul edilən bu qərarın səbəblərini bildirirlər. 
“Google”un yaydığı rəsmi məlumata əsasən, intellektual mülkiyyət hüquqlarını və  “Google Play Store”da ümumi kontentin yerləşdirilməsi siyasətini pozan proqramlar silinməyə məruz qalacaqlar.
 
Aynur Vəliyeva
 




11/12/14    Çap et