Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi iki internet resursda müzakirəyə çıxarılıb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin son versiyasını hazırlayıb.
 
Komissiyadan verilən məlumata görə, sözügedən layihə həm komissiyanın rəsmi internet saytının (www.dqmk.gov.az) “Qanunvericilik və digər aktlar” bölməsinin “Normativ hüquqi aktların layihələri” altbölməsində, həm də  “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələri” portalında yerləşdirilərək ictimai müzakirəyə təqdim edilib.
 
Maraqlanan şəxslər “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinə dair rəy və təkliflərini komissiyanın rəsmi internet saytı, eləcə də portal vasitəsilə bildirə bilərlər.
 
CAHANGİR
 




11/12/14    Çap et