Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aqrolizinq” göstərdiyi xidmətlər üzrə güzəştləri avtomatlaşdırılmış şəkildə müəyyən edəcək


“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti göstərdiyi xidmətlər üzrə güzəştlərin avtomatlaşdırılmış şəkildə müəyyən edilməsini planlaşdırır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu günlərdə “Aqrolizinq”lə “Sistems İT Solutions” şirkəti arasında bununla bağlı müqavilə imzalanıb.
 
Müqavilə kənd təsərrüfatı texnikalarının dəyərinə tətbiq olunan güzəştlərin proqramlaşdırılması işlərinin görülməsini nəzərdə tutur.
 
İcrası istiqamətində işlərə başlanan müqavilənin ümumi dəyəri 19967 manat təşkil edir.
 
 
Aynur Vəliyeva
 




12/12/14    Çap et