Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“E-Pul” elektron ödəniş xidmətinə yeni bank qoşulub


“E-Pul” portalında xidmət göstərilən bankların siyahısına daha bir bank əlavə olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq “Bank Respublika”nın müştəriləri də portalın verdiyi imkanlardan istifadə edərək ödənişlərini asanlıqla həyata keçirə biləcəklər.
 
Qeyd edək ki, “www.e-pul.az” internet ünvanında fəaliyyət göstərən “E-Pul”un əsas funksiyası müxtəlif xidmət haqlarının, kommunal xidmətlər, mobil danışıqlar üzrə və digər ödənişlərin onlayn rejimdə edilməsini təmin etməkdir. 
 
CAHANGİR




12/12/14    Çap et