Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin həcmi 850 milyon manata yaxınlaşır


Azərbaycanda bu ilin yanvar-noyabr aylarında mobil rabitə xidmətlərindən  əldə olunmuş gəlirlərin ümumi həcmi 836,3 milyon manat təşkil edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 7,3 faiz artıb.
 
Mobil rabitə xidmətlərinin payına ölkənin informasiya və rabitə sektorunda əldə edilmiş gəlirlərin 57,2 faizi düşüb.
 
Aynur Vəliyeva




16/12/14    Çap et