Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur dünya ulduzları kibertəhlükəsizlik üzrə mütəxəssislərdən kömək istədi


"People" jurnalı yazır ki, Hollivud ulduzları Ancelina Coli və Bred Pit kibertəhlükəsizlik üzrə mütəxəssislər komandasına ehtiyac duyub və artıq bir neçə nəfərlə danışıqlar aparıblar. Onlar uşaqlarının internetdəki axtarışlarına nəzarət edə bilmək üçün belə bir addım atıblar.

"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, Ancelina Coli rəqəmli dünyanı qorxunc adlandırıb.

"Övladlarımın rəqəmli dünyaya hazır olmasına əmin deyiləm. Bu, yeni dünya çox qorxuncdur" – aktrisa fikrini belə ifadə edib.

Coli, həmçinin bildirib ki, texnoloji sferada özünü geridə qalmış hesab edir.

Belə ki, o, "Facebook", "Instagram" və "Twitter"dən istifadə etmir. Dünya ulduzu sosial şəbəkələrdən istifadə etmək əvəzinə, "bloknot"da qeydlər aparmağa üstünlük verir.
 
Emil Hüseynov




17/12/14    Çap et