Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Internet Explorer” brauzerinin tərtibatçısı “Microsoft”u tərk edib


10 il müddətində “Internet Explorer” (IE) brauzerinin  inkişafına cavabdeh Din Xaçamoviç “Microsoft” şirkətini tərk edib. Bu haqda o, öz bloqunda yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Xaçamoviç 2003-cü ildə “IE” tərtibatçılar komandasına rəhbərlik edib.
 
 O, 2006-cı ildə etiraf edib ki, populyarlığını itirmiş brauzer çatışmazlıqlara malikdir, bunun məsuliyyəti onun və başqa tərtibatçıların üzərindədir. Brauzeri təkmilləşdirmək cəhdlərinə baxmayaraq, “IE” əvvəlki auditoriyasını geri qaytara bilməyib.
 Xaçamoviç 2013-cü ildə “IE”-nin tərtibatçılar tərkibində işini dayandırıb.
 
Emil Hüseynov




19/12/14    Çap et