Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cərimələri artıq ödəniş terminallarında ödəmək mümkün olacaq


Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Dövlət Agentliyi "ASAN xidmət" mərkəzlərində yeni ödəniş terminallarını quraşdırmağa başlayır.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "ASAN ödəniş" adlanan bu terminalların biri artıq Sabirabad "ASAN xidmət" mərkəzində quraşdırılıb, gələn il bu cür terminalları Bakının parklarında, əyləncə-ticarət mərkəzlərində, yanacaqdoldurma stansiyalarında və digər ictimai yerlərdə quraşdırılması nəzərdə tutulur.
 
Gələcəkdə bütün "ASAN xidmət" mərkəzlərinin terminallarla təchiz edilməsi, ümumilikdə 200 bu cür terminalın tətbiqi, kredit kartlar və bank hesabları istifadə etməklə ödəniş həyata keçirmək üçün "ASAN ödəniş" internet portalının işə salınması gözlənilir.
 
Manat və qəpikləri qəbul edən terminallar vasitəsi ilə Vergilər Nazirliyinin, Dövlət Yol Polisinin cərimələrini ödəmək olacaq.    
 
Aynur Vəliyeva




25/12/14    Çap et