Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalı üzərindən yeni xidmətlər göstəriləcək


Vətəndaşlar tezliklə Azərbaycan Maliyyə Nazirliyinin bir neçə elektron xidmətindən “Elektron hökumət” portalı vasitəsilə istifadə edə biləcəklər.
 
Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, yaxın zamanda Maliyyə Nazirliyi tərəfindən “Siğorta fəaliyyətinə lisenziya verilməsi ilə bağlı ilkin müraciət”, “Dövlət büdcəsinin rayonlar (şəhərlər) üzrə aylıq (rüblük) gəlirlərinin icrası haqqında məlumat”, “Hesabatların qəbulu” və s. kimi elektron xidmətlər portala inteqrasiya ediləcək.
 
“Bakıelektrikşəbəkə” ASC də tezliklə “Texniki Şərt üçün elektron müraciət”, “Elektron müraciətlər”, “Borcların öyrənilməsi”, “Abunəçi kodunun öyrənilməsi”, “Elektron ödəniş”  e-xidmətlərini portal üzərindən vətəndaşlara göstərəcək.
 
Portala yeni qurumların qoşulması ilə yanaşı, mövcud qurumlar üzrə yeni elektron xidmətlərin inteqrasiyası üzərində də işlər aparılır. Tezliklə Dövlət Gömrük Komitəsi portal üzərindən yeni xidmətlərini vətəndaşların istifadəsinə təqdim edəcək.
 
CAHANGİR
 
 
 
 
 
 
 




26/12/14    Çap et