Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ şirkəti xokkey şaybası ölçüsündə kompüter istehsal edib


ABŞ-ın "HP" şirkəti xokkey şaybası ölçüsündə miniatür kompüter istehsal edib. Hündürlüyü 5,2 sm olan "HP Pavilion Mini Desktop" və "Stream Mini Desktop" modellərinin çəkisi 600 qram təşkil edir.
 
Əlin içinə asanlıqla yerləşən qurğular "Windows 8.1" əməliyyat sisteminin idarəetməsi ilə işləyir və "Intel Core i3" prosessorlarını dəstəkləyir. Onlara "DisplayPort" və "HDMI" portları vasitəsilə ikiyədək monitor qoşmaq mümkündür.
 
Modellərdə həmçinin "Wi-Fi", "Bluetooth" və dörd "USB" çıxışı yer alıb.
 
Qiyməti 320 dollar olan "HP Pavilion Mini Desktop" modeli 45 Vatt enerji sərf edir, - "IT Expert" yazır.   




08/01/15    Çap et