Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” Azərbaycanda serverlərin quraşdırılmasını tamamlayıb


“Google” şirkəti öz serverlərini Azərbaycanın ilkin provayderi “Delta Telecom”un DATA mərkəzində yerləşdirib. Bu barədə “Delta Telecom”un texniki direktoru Rahid Ələkbərli bildirib.

Onun sözlərinə görə, hazırda yüklənmiş qurğuların sınağı keçirilir və bu, gələn həftə başa çatacaq.

Axtarış sisteminin serverlərinin Azərbaycanda mövcud olması yerli istifadəçilər üçün axtarışın keyfiyyətini yüksəldəcək. Belə ki, nəticələr çox böyük sürətlə yerinə yetiriləcək.

Bundan əvvəl Ələkbərli deyib ki, “Google” şirkətinin “AzNET” şirkətini seçməyinin əsas səbəbi “Delta Telecom”da lazımi infrastrukturun mövcudluğu olub. “Delta Telecom”un DATA mərkəzi internet mənbələrinin mühafizə edilməsi üçün ixtisaslaşdırılmış texniki meydançadır.




05/09/11    Çap et