Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni onlayn servisi yaradılıb


Azərbaycan internet məkanında orta avtomobil qiymətini hesablayan yeni onlayn servis yaradılıb.
 
“ICTnews” xəbər xidmətinin  məlumatına əsasən, “Texmini.az” veb-layihəsi bir neçə saytın təhlili nəticəsində avtomobilin orta qiymətini müəyyən etməyə imkan verir.
Hazırda saytın bazasında 32 min elan var və servis beta-testləşmə mərhələsini keçir.
 
İstifadəçi sayta daxil olaraq avtomobil istehsalçısını, modelini və buraxılış ilini xüsusi yaradılmış səhifədə daxil edərək axtarış sifariş edə bilər və nəticədə onu maraqlandıran avtomobilin daxili bazarda orta bazar qiymətini öyrənə bilər.

Aynur Vəliyeva
 




12/01/15    Çap et