Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” ƏS-nin yeni versiyası “Windows 7” və “8.1” sahibləri üçün ödənişsiz olacaq


Yanvarın 21-də “Microsoft” şirkəti “Windows 10” əməliyyat sisteminin (ƏS) ikinci təqdimatını keçirib.
Yeniliklərdən başqa, artıq “Windows 7” və “8.1” ƏS-lərin lisenziyalı versiyasından istifadə edənlər il ərzində “Windows 10”-dək ödənişsiz yeniləmə paketi ala biləcək.

"ICTnews" elektron xəbər xidməti “russian.rt.com” saytına istinadən bildirir ki, dünyanın ən populyar əməliyyat sisteminin yeni versiyasında əsas yeniliklərdən biri “Cortana” səs köməkçisi olacaq.

Bundan başqa, “Windows 10” platformasında kod adı “Spartan” olan  yeni brauzer istifadəyə veriləcək, brauzer səs köməkçisi ilə inteqrasiya ediləcək. Məlumata əsasən, masaüstü kompüterlər üçün ƏS-nin ilkin versiyası artıq gələn həftə çıxarıla bilər.

Təqdimatda, həmçinin sahibinə öz qarşısında virtual reallığı görməyə imkan verən “Microsoft HoloLens” reallıq eynəyi nümayiş etdirilib.

Emil Hüseynov




22/01/15    Çap et