Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxtın mərkəzi küçələrində yeni poçt qutuları quraşdırılır


 Bakı şəhərinin mərkəzi küçələrində, sakinlərin gur və gəlişli-gedişli yerlərində  vətəndaşların məktublarını göndərməsi üçün yüksək dizayna malik, müasir üslubda hazırlanan  yeni poçt qutularının quraşdırılması  həyata keçirilir.
 
Bu günədək Bakı şəhərində poçt şöbələrinin giriş hissəsində, sakinlərin gur və gəlişli-gedişli yerlərində  83 ədəd yeni poçt qutusu quraşdırılıb.
 
Bakı şəhərinin müxtəlif yerlərində və PŞ-lərin giriş hissəsində əlavə 100 ədəd yeni poçt qutusunun quraşdırılması üçün ünvanlar dəqiqləşdirilib.
 
Bundan başqa regionlarda əhalisi 250 nəfərdən artıq olan yaşayış məntəqələrində də yeni poçt qutuları qurulub.
 
RƏVAN
 




27/01/15    Çap et