Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” qəhvə masası



Kompüterləşdirilmiş sensor masaların istehsalı sahəsində etibar qazanmış “Ideum” şirkəti daha bir yeni məhsulunu təqdim edib – “ağıllı” qəhvə masası.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, qurğunun “Duet” adlanması heç də təsadüfi deyil, çünki masanın konstruksiyası iki müstəqil hesablama sistemini nəzərdə tutur, onlardan biri “Android 4.4 KitKat” əməliyyat sistemi ilə idarə edilir, ikincisi isə “Windows 8” ilə. Bununla istifadəçi lazım olan funksiyaları idarə etmək üçün ona daha uyğun gələn sistemi seçə bilər.
 
Masanın texniki xüsusiyyəti onun əyləncə üçün nəzərdə tutulması (video, internet-sörfinq, oyunlar) və vahid ev texnikası idarəetmə mərkəzinə malik olmasıdır.
 
Masa “Bluetooth” və “Wi-Fi” ilə təchiz edilib. Masanın üzü - 42 və 46 düym olmaqla 60 multitaç-toxunma dəstəkləyir, ekranın ölçüsü – 1920х1080 pikseldir.
 
Aynur Vəliyeva
 




31/01/15    Çap et