Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin internet səhifəsinin rusdilli versiyası istifadəyə veriləcək


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin rəsmi saytı (www.cert.gov.az) rus dilində də fəaliyyət göstərəcək.
 
 
Mərkəzdən verilən məlumata görə, yaxın günlərdə saytın rusdilli versiyası istifadəyə veriləcək.
 
 
Artıq rusdilli internet oxuyucuları da informasiya texnologiyaları və informasiya təhlükəsizliyinə dair hər gün yenilənəcək xəbər və məlumatlardan faydalana biləcəklər.
 
 
Hazırda internet səhifə iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
 
 
Qeyd edək ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Azərbaycanın dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmətlər göstərir.


 
CAHANGİR
 
 




04/02/15    Çap et