Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilin əvvəlindən artıq 105 domen qeydiyyata alınıb


Azərbaycanda bu günə kimi 23897 domen adı qeydə alınıb, ötən ay ərzində domen qeydiyyatı artımı 3,3% təşkil edib.
 
"ICTnews" xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən  963 domen qeydiyyatdan keçirilib, 161
domen isə ləğv edilib, nəticədə son bir ay ərzində ölkədə xalis domen artımı 802 domen təşkil edib.
 
Hazırda Azərbaycanda 22137"*.az", 1050"*.com.az", 224"*.edu.az", 136"*.org.az", 75"*.net.az", 42"*.int.az", 87 "*.co.az", 35"*.pp.az",  72 "*.info.az", 25 "*.biz.az", 13 "*.name.az", 1 "*.pro.az"  domeni qeydiyyatdan keçirilərək istifadə edilir.
 
Son üç ilin dinamikasına nəzər salsaq görərik ki, "*.az" domen zonasında kəskin artım templəri bu il nisbətən zəifləyib.
 
 Ötən il ərzində domen qeydiyyatı artımı 10% təşkil edib.  Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə   4387, 2012-ci ildə  5478 domen adı olub, 2013-cü ildə isə 2338 domen adı olub.
 
Aynur Vəliyeva
 




07/02/15    Çap et