Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti Honk-Konqda ilk mağazasını açacaq


“Apple” şirkəti cari rübdə Honk-Konqda ilk rəsmi mağazasının açılışına hazırlanır. “Apple”-dan bildiriblər ki, Çində şirkətin kəskin artan satışları fonunda Kaliforniya şirkəti həmin müvəffəqiyyəti qonşu ərazidə də təkrarlamaq niyyətindədir.

Şirkətin Honk-Konqda ilk rəsmi mağazasının Beynəlxalq maliyyə mərkəzinin binasında yerləşəcəyi gözlənilir.

Şirkətin rəsmi nümayəndələri açılışın məhz hansı vaxta planlaşdırıldığını bildirmirlər, lakin “AppleInsider” nəşrinin məlumatına görə, mağaza sentyabr ayının 24-də açılmalıdır.

Yuxarıda qeyd olunduğu kimi, “Apple” şirkəti mağazanı Beynəlxalq maliyyə mərkəzinin ofis qüllələrindən birində açmağa hazırlaşır. Hər iki qüllə “Sun Hung Kai Properties” və “Henderson Land Development” şirkətləri tərəfindən idarə olunur.




06/09/11    Çap et