Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 548 ədəd radioelektron vasitə qeydiyyata alınıb


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində fevralın əvvəlinə olan məlumata əsasən, 443 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyata alınıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, onlardan 67 istifadəçi dövlət, 309 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 36 istifadəçi isə fiziki şəxslərdir.
 
Bu ilin müvafiq dövrü ərzində 548 ədəd radioelektron vasitəsi (REV) DRİ-də qeydiyyata alınıb. DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı 47671 ədəd təşkil edir.
 
Aynur Vəliyeva




10/02/15    Çap et