Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” smartfonlar üçün “Windows 10” platformasının ilkin versiyasını buraxıb


“Microsoft” şirkəti “Windows 10” platformasının smartfonlar üçün ilkin texniki versiyasını buraxıb.


Şirkətin nümayəndəsi “Windows 10” əməliyyat sisteminin yekun versiyasının çıxarılma tarixini hələ açıqlamayıb, ancaq cari il buraxılacağı məlumdur. “Microsoft” bu ilin yanvarında fərdi kompüter və planşetlər üçün nəzərdə tutulmuş sistemin ikinci ilkin versiyasını buraxıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Windows 10” platformasının mobil versiyasını sınaqdan keçirmək üçün ilk öncə “Windows Phone Store” mağazasından “Windows Insider” mobil tətbiqini yükləmək lazımdır. Bundan sonra istifadəçi platformanın sonrakı sınaq versiyalarına çıxış əldə edəcək və eyni zamanda smartfonda quraşdırılmış əvvəlki versiyaya qayıtmaq imkanına malik olacaq.
Yeni sistemdə interaktiv bildirişlər imkanı istifadəyə verilib. Məsələn, istifadəçi xüsusi proqrama keçmədən birbaşa bildirişdən mesaja cavab verə bilər.

“Windows 10” platformasının ilkin versiyası “Lumia 630”, “635”, “636”, “638”, “730” və “830” smartfonları üçün əlçatandır. Bundan başqa, quraşdırma üçün 8 QB daxili yaddaş lazım olacaq.

Emil Hüseynov
 

 




13/02/15    Çap et