Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Obama öz kompüter parollarını açıqlayıb


ABŞ prezidenti Barak Obama etiraf edib ki, əvvəllər öz rəqəmli resurslarına giriş üçün çox sadə parollardan istifadə edib. “New York Daily News” nəşri yazır ki, prezident Stenford Universitetində kibertəhlükəsizlik sammitində çıxış edərkən bu haqda danışıb.
 
Prezident Obama vurğulayıb ki, onun əvvəlki parolları arasında 1-dən 7-dək ardıcıl rəqəmlərdən ibarət kombinasiya, həmçinin “password” sözü olub.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, prezident eyniləşdirmə metodlarının təkmilləşdirilməsini vurğulamaq üçün kompüter təhlükəsizliyinə qarşı laqeyd münasibətini nümunə gətirib. Onun fikrincə, biometrik identifikasiya kimi yeni eyniləşdirmə metodlarına keçmək məqsədəuyğundur.
 
Obama texnika ilə məşğul olan firmaları kibertəhdidlər haqda informasiyanı hökumətlə paylaşmağa səsləyib.
 
Emil Hüseynov
 




14/02/15    Çap et