Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple Pay” ödəmə sistemi Cənubi Amerikada işə salınacaq


“Apple” şirkəti öz “Apple Pay” ödəmə sistemini Cənubi Amerikada işə salmağa hazırlaşır. İndi şirkət Braziliya bankları ilə danışıqlar aparır. Bu haqda öz mənbələrinə istinadən Braziliyanın “Season Business” nəşri yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, ötən ilin sentyabrında elan edilmiş “Apple Pay” mobil ödəmə sistemi oktyabrın 20-dən etibarən yalnız ABŞ-da işə salınıb və “Apple” hələ ki öz xidmətinin dünyanın başqa ölkələrində istifadəyə veriləcəyi tarixi açıqlamayıb.
 
Mənbənin məlumatına görə, Braziliyanın aparıcı bankları hazırda ölkənin iri ticarət şəbəkələrində “Apple Pay” xidmətinin işə salınması ilə bağlı “Apple” ilə danışıqlar aparır.
 
ABŞ-da sistemin ilk nəticələri onu göstərib ki, xidmət insanları smartfondan ödəniş etməyə inandıra biləcək.
 
“ITG” analitik şirkətinin məlumatına görə, 2014-cü ilin noyabrında bütün elektron ödənişlərin 1 faizi “Apple Pay” ödəmə sisteminin payına düşür. Rəqib “Google Wallet” xidmətinin payına 4 faiz düşür, ancaq sonuncu xidmət 2011-ci ildən bazarda əlçatandır.
 
“Apple Pay” ödəmə sistemi iki üsulla işləyir: ya ticarət nöqtələrində “iPhone” smartfonunu xüsusi terminala yaxınlaşdırmaqla “NFC” texnologiyasının köməyi ilə, ya da “Apple Pay” elektron cüzdan proqramı vasitəsilə.
 
Ödənişlərin avtorizasiyası “Touch ID” barmaq izi skanerinin köməyi ilə həyata keçirilir. Şirkət satınalmalardan 0,15 faiz məbləğində komissiya tutur, ya da 100 dollarlıq ödənişdən 15 sent.
 
Emil Hüseynov




16/02/15    Çap et