Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən populyar proqramlaşdırma dili hansıdır?


“TIOBE software” şirkətinin ekspertləri 2015-ci ilin fevralı üçün proqramlaşdırma dillərinin populyarlıq reytinqini dərc ediblər.

"ICTnews" elektron xəbər xidməti “tiobe.com” saytına istinadən bildirir ki, “TIOBE software”nin versiyasına görə, “C” dili dünyanın ən populyar proqramlaşdırma dili olaraq qalır: müxtəlif ölkələrdən olan proqramçıların 16 faizi məhz bu dildən istifadə edir.

“Java” proqramlaşdırma dili ikinci pillədə qərarlaşıb: proqramçıların 15 faizi bu dillə işləyir. “C++” proqramlaşdırma dili üçüncü pillədə qərarlaşıb. Dünya proqramçılarının 6 faizi bu dildən istifadə edir.
“Objective-C”  “C#” və “Javascript” proqramlaşdırma dilləri müvafiq olaraq dördüncü, beşinci və altıncı pillədə yerləşiblər.

“PHP”, “Python” və “Visual Basic.NET”, “Perl” proqramlaşdırma dilləri reytinqdə 7-10-cu pillələrdə qərarlaşıblar.

Emil Hüseynov





16/02/15    Çap et