Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” biometrik parolları dəstəkləyəcək


“Windows 10” əməliyyat sistemi (ƏS) ilə işləyən fərdi kompüterə (FK) parolsuz giriş əldə etmək mümkün olacaq:  barmaq izi və ya gözün qüzehi qişasının skanı şifrəni əvəz edəcək.

“Microsoft” korporasiyası öz əməliyyat sisteminin gələcək versiyasında “FIDO” (“Fast Identification Online”, sürətli onlayn eyniləşdirmə) standartının dəstəyini elan edib.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, bu standart “Windows 10” ƏS-i ilə işləyən FK və başqa qurğulara biometrik skanerlərin geniş çeşidi ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək. İstehsalçılar öz noutbuk və ya planşetlərinə barmaq izi ötürücüləri şəklində əlavə qoruma vasitəsi əlavə edə biləcəklər.

“FIDO” kifayət qədər tanınmış standartdır, onu yalnız “Microsoft” deyil, həm də “Google”, “PayPal”, həmçinin “Bank of America” dəstəkləyir.

Emil Hüseynov
 




17/02/15    Çap et