Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda proqram təminatı sahəsində piratçılığın səviyyəsi 11 faiz aşağı düşüb


Azərbaycanda piratçılığın səviyyəsi davamlı olaraq görülən tədbirlər nəticəsində azalıb.

Ölkəmizdə 2005-ci illə müqayisədə proqram təminatı  sahəsində piratçılığın səviyyəsi 96 faizdən 85 faizə düşüb.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə Müəllif Hüquqları Agentliyinin 2014-cü il üzrə fəaliyyəti barədə qısa icmalda məlumat verilib.

Bununla yanaşı, kitab nəşri sahəsində 61 faizdən 30 faizə, audio-video məhsul bazarında 90 faizdən 66 faizə enib.

CAHANGİR
 




17/02/15    Çap et