Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya mobil əlavələr bazarında artım gözlənilir


2013-cü ildə həcmi 16,97 milyard dollar qiymətləndirilən dünya mobil əlavələr bazarında yaxın beş il ərzində illik artım orta hesabla 16,2 faiz olacaq və 2020-ci ilədək 54,89 milyard dollarlıq həcmə çatacaq. Bu barədə "Transparency Market Research" analitik şirkətinin proqnozunda deyilir.
 
Regional baxımdan Şimali Amerika 2013-cü ildə ən dinamik inkişaf edən bazar olsa da, növbəti beş ildə onun yerini Asiya-Sakit okean regionu tutacaq ki, bu da regionda smartfonların yüksək nüfuzetmə səviyyəsi ilə əlaqədardır. Analitiklər Çin, Hindistan, Cənubi Koreya və bir sıra digər ölkələrdə mobil əlavələrə tələbatın artacağını proqnozlaşdırırlar.
 
Mobil əlavələr bazarının gələcək inkişafına ilk növbədə dünyada smartfonların geniş yayılması xidmət edir. Yüksək texniki xüsusiyyətlərə malik qurğuların bazara çıxarılması bundan sonra da onlara tələbatı stimullaşdıracaq. Bu, ilk növbədə mobil əlavələrin hazırlanmasına təkan verəcək. Bundan başqa, müsbət amillər sırasında qabaqcıl texnologiyaların mobil internet sahəsində tətbiqi və qlobal internet xidmətlərinin yayılması sadalanıb.  
 
Mütəxəssislər mobil əlavələrin daha populyar növü kimi oyunları və əyləncəli proqramları qeyd edirlər. 2013-cü ildə onların bazar payı 40 faizə yaxın olub.
 
Tədqiqatda həmçinin aparıcı mobil əlavə tərtibatçılarının adı çəkilib. Onların sırasında "Apple", "Google", "Blackberry", "QBurst", "Sourcebits", "Softeq", "WillowTree Apps", "Microsoft", "Handmark", "OpenXcell Tehnolabs", "Y Media Labs" və digər şirkətlər yer alıb, - "DailyComm" yazır.




19/02/15    Çap et