Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hannoverdə gələn ay “CeBIT 2015” sərgisi işə başlayacaq


Hannoverdə martın 16-20-də dünyanın ən iri informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər sərgisi “CeBIT 2015” keçiriləcək.
 
“ICTnews” xəbər xidməti bildirir ki, “CeBIT” — hər il keçirilən genişmiqyaslı beynəlxalq informasiya texnologiyaları sərgisidi.
 
Bu tədbirdə evdə və ofisdə istifadə edilən yeni rəqəmli texnologiyalar və telekommunikasiya həlləri nümayiş olunur.
Qeyd edək ki, bu gün informasiya texnologiyaları və telekommunikasiya bazarında kəskin artım müşahidə olunur və bu səbəbdən  bu tip sərgilərə də maraq böyükdür. Artıq neçə ildir ki, “CeBIT” sərgisini sahənin aparıcı dünya mütəxəssisləri və peşəkarlar ziyarət edirlər.
 
Eksponentlər arasında keçirilmiş sorğuların nəticələrinə  əsasən, “CeBIT” sahənin aparıcı sərgisi kimi ən yeni nailiyyətlərin nümayişi və onların dünya bazarlarına tətbiqi üçün ideal platformadı. Sərgi həmçinin,  işgüzar əlaqələrin yaradılmasına və sərmayələrin cəlb edilməsinə kömək edir.
 
Aynur Vəliyeva




21/02/15    Çap et