Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” müəllim və tələbələrə ödənişsiz ofis təqdim edib


Hazırda müəllim və tələbələr "Microsoft" korporasiyasının ödənişsiz ofis paketindən istifadə edə bilərlər. Bu, əvvəllər yalnız ABŞ-da mümkün idi.

"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "Microsoft"un saytında "Office 365" ofis paketinə abunə olmaq imkanını yoxlamaq mümkündür. Bunun üçün elektron poçt ünvanını yazmaq lazımdır.

Qeydiyyatdan keçmiş təhsil müəssisələrinin şagirdləri "Office 365"-dən ödənişsiz istifadə edə bilərlər. "Office 365" ofis paketinə "Word", "Excel", "PowerPoint", "OneNote", "Outlook", "Access" və "Publisher" proqramları daxildir.

Emil Hüseynov
 




25/02/15    Çap et