Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı bilik və bacarıqların qiymətləndirilməsi “BILOG-MG” proqram təminatı əsasında aparılır


Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı bilik və bacarıqların qiymətləndirilməsi “BILOG-MG” proqram təminatı əsasında aparılır.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) qeyd edilib ki, son illər TQDK test tapşırıqları bankının parametrləndirilməsi üzrə bir sıra tədbirlər həyata keçirir. Bu məqsədlə test tapşırıqlarının sınaqdan keçirilməsi və sonradan nəticələrinin emalı - test tapşırıqlarının kalibrlənməsi aparılır.
 
Test tapşırıqlarının parametrləndirilməsi iki model –“Rasch” və iki parametrli logistik model əsasında həyata keçirilir.
 
“Rasch” modelində bütün test tapşırıqları eyni diskriminasiya (ayırdetmə) göstəricisinə malikdir: “Bu, əslində, çox sərt fərziyyədir və praktikada özünü nadir hallarda doğruldur. İkiparametrli logistik modeldə isə test  tapşırıqlarının diskriminasiya göstəriciləri bir-birindən fərqlənir. Bu modelin “Rasch” modelinə nəzərən üstünlüyü onun empirik (real) məlumatlarla daha yüksək uzlaşma səviyyəsinə malik olmasıdır. İkiparametrli logistik model əsasında bilik və bacarıqların qiymətləndirilməsi “BILOG-MG” proqram təminatı əsasında aparılır”.
 
 
 
Həqiqət İSABALAYEVA




28/02/15    Çap et