Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni yazılan proqram təminatlarının test sahəsi inkişaf edir


Regionda informasiya-kommunikasiya texnologiyaları istiqamətində ən məşhur sərgi-konfranslardan olan “Bakutel”də nümayiş etdirilən və rəğbət qazanan bir çox yeni məhsullar artıq həm Azərbaycan, həm də bölgənin digər ölkələrinin bazarlarında özünə mövqe qazanmaqdadır. Belə məhsullardan biri də “SOTEQA”-dır.
 
 Qeyd edək ki, ilk dəfə “Bakutel-2014”-də təmsil olunmaqla rəsmi olaraq bazara çıxan “SOTEQA”, Azərbaycanda proqram təminatının testi xidmətlərini təqdim edən ilk şirkəti kimi təsis edilib. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə proqramlaşdırmanın rolunun getdikcə daha da artması şirkətin məhsullarına marağın böyüməsinə şərait yaradıb.
 
 
Məlumdur ki, hər bir sahədə keyfiyyət önəmli ölçü meyarı olduğu kimi, yazılmış proqram təminatının keyfiyyəti də çox vacibdir. Çünki bu, birbaşa istehsalatçı şirkətin etibarlığına və onun bazardakı mövqeyinə təsir göstərir. Tətbiqi proqram təminatının keyfiyyətini isə onun test edilməsi, yəni “Software Testing” ortaya qoyur. Dünya təcrübəsində “Software Testing” çox önəmli olsa da, Azərbaycanda bu ənənə yeni-yeni formalaşmaq və inkişaf etmək üzrədir.
 
Onu da qeyd etmək lazımdır ki, ölkədə proqramlaşmanın yayılmağa başladığı ilk vaxtlarda proqramçılar tərəfindən yeni yazılan proqram təminatlarının test edilmədən kütləvi istismara təqdim edildiyi anlarda müəyyən çatışmazlıqlar, problemlər yaşanıb ki, bu da sonradan arzuolunmaz nəticələrlə sonuclanmasına səbəb ola bilər.
 
 
Dünyada isə “Software Testing” proqram təminatı layihələrinin ortaq və hətta məcburi fəaliyyətinə çevrilib. Məhz milli İKT bazarının tələbatını ödəməyə və yerli şirkətlərə dəstək olmaq üçün təsis edilən “SOTEQA” proqram təminatının testlərinin idarə edilməsində və bununla da yüksək keyfiyyətli proqram təminatının istehsalında onlara dayaq durmağı qarşısına məqsəd qoyub.
 
 “SOTEQA” dünyada “Software Testing” sahəsində trend olan son yeniliklərlə test xidmətləri təqdim edir. Şirkətin əməkdaşları ölkədən kənarda “Software Testing” təhsili almış ISTQB sertifikatlı testerlərdir və ölkənin ən yaxşı test mütəxəssisləridir.
 
 
 
SEYMUR
 




02/03/15    Çap et