Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqibi “Apple Watch”u displeylə təchiz edəcək


Cənubi Koreyanın “LG Display Co Ltd” və “Samsung Electronics Co Ltd”nin filialı “Apple İnc” şirkətinin “ağıllı” saatlarını displeylər  ilə təchiz edəcək.
 
“ICTnews” xəbər xidmətinin “The Electronic Times” agentliyinə istinadən verdiyi məlumata əsasən, “LG Display” şirkəti də apreldə satışa çıxarılan “Apple Watch” cihazlarının yeganə OLED displeylə təchizatçısı olacaq.
 
Martın 9-da “Apple İnc”in planlarına görə “Apple  Watch” cihazlarını nümayiş etdirəcək.
“Ağıllı” saatlar istehlakçılara elektron poçtu yoxlamağa, satış mərkəzlərində ödəniş etməyə və şəxsi sağlamlığını  müşahidə etməyə imkan verəcək.
 
 “iPad”-in 2010-cu ildə buraxılışından sonra “Apple İnc”in “ağıllı” saatlarını  əlamətdar məhsul  buraxılışı saymaq olar.
 
Aynur Vəliyeva




02/03/15    Çap et