Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei”nin Azərbaycandakı rəsmi distributoru bəlli oldu


"Alsatech" şirkəti Çinin aparıcı şirkətlərindən biri olan "Huawei"in Azərbaycanda rəsmi distributoru statusunu alıb.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, şirkətlər arasında rəsmi sənəd imzalanma mərasimində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev və Çinin ölkəmizdəki səfiri Hun Cu İn çıxış ediblər.
 
"Alsatech" şirkətinin direktoru İqbal Əliyev bildirib ki, şirkət hazırda Bakıda 200-dən çox satış nöqtəsinə malikdir.
 
"Bu müqavilənin imzalanması "Huawei"in istehsal etdiyi avadanlıqların tam çeşidini almaq imkanı yaradır -  server həllərindən başlayaraq, şəbəkə avadanlıqlarınadək", - deyə o bildirib.
 
Aynur Vəliyeva




02/03/15    Çap et