Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DRİ Bişkekdə keçirilən radiorabitə üzrə regional seminarda təmsil olunur


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) nümayəndəsi Qırğızıstanın Bişkek şəhərində keçirilən Şərqi Avropa və MDB ölkələri üçün Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Radiorabitə üzrə regional seminarına qatılıb.
 
DRİ-dən verilən məlumata görə, martın 2-də işə  başlayan seminar martın 6-na qədər davam edəcək.
 
Seminarda iştirak etmək məqsədilə DRİ-nin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin mühəndisi Nizami Abdullayev Qırğızıstana ezam edilib.
 
CAHANGİR




03/03/15    Çap et