Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti rabitə operatoru olacaq


Dünyanın aparıcı axtarış sistemi olan “Google” yeni sahədə fəaliyyət göstərəcəyini bildirib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Google” rabitə operatoru kimi fəaliyyətə başlamaq niyyətindədir.
 
Şirkətin vitse-prezidenti Sundar Piçai “Mobile World Congress”də yaxın zamanda “Google”un rabitə tarif planlarını təqdim edəcəyini bildirib.
 
Şirkət virtual mobil rabitə operatoru kimi fəaliyyət göstərəcək və digər operatorların infrastrukturundan yararlanacaq.
 
Aynur Vəliyeva




03/03/15    Çap et