Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yeni Fikir 2015” müsabiqəsində yarımfinalçılar müəyyənləşib


Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) həyata keçirdiyi “Yeni Fikir 2015” müsabiqəsində (YFM) yarımfinala vəsiqə qazanmış layihələr bəlli olub. 26 layihənin yarışacağı yarımfinal 29 mart 2015-ci il tarixində “QUTechnopark”-da keçiriləcək.
 
Təşkilat Komitəsindən bildirilib ki, “YFM 2015”-ə 252 müraciət daxil olub: “Bu müraciətlərdən bəziləri qeydiyyat şərtlərini tam təmin etmədiyi üçün qiymətləndirməyə cəlb edilməyib.
 
Qiymətləndirmə prosesinə qəbul edilmiş layihələr, eləcə də yarımfinalçılar YFM-nin rəsmi veb səhifəsində yerləşdirilib.
 
 
İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi ilə təşkil edilən YFM ildə bir dəfə keçirilir”.
 
 “YFM 2015”-də müxtəlif universitetlərdə təhsil alan və ya məzun olmuş, eləcə də ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən 500 nəfərə yaxın gənc iştirak edib ki, onların təqribən 120 nəfəri hazırda Qafqaz Universitetinin tələbəsidir. Bundan başqa AMEA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Təfəkkür liseyi, 212 saylı orta məktəb, 169 saylı orta məktəb, BP, “Sinam”, “Buta sığorta”, “Azercell”, “Nivel Solutions” və digər təşkilatlardan şagird, tələbə və ya müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər “YFM 2015”-ə layihə təqdim edərək, müsabiqədə iştirak ediblər.
 
 
 
Həqiqət İSABALAYEVA




03/03/15    Çap et