Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüksək Texnologiyalar Parkında “Startap və hüquqi problemlər” mövzusunda seminar keçiriləcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında martın 6-da "Startap və hüquqi problemlər" mövzusunda seminar keçiriləcək.
 
Seminarda informasiya texnologiyaları sahəsində əqli mülkiyyət hüquqlarının qorunması, xüsusiyyətləri və problemləri, hüquqi şəxsin təsis edilməsi və yaranan əsas problemlər, hüquqi şəxsin fəaliyyətinin hüquqi tənzimlənməsi və s. mövzular üzrə məruzə və çıxışlar nəzərdə tutulur. Yüksək Texnologiyalar Parkı, "Khazar Ventures" və ADM leqal hüquq şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirin məqsədi innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması məqsədilə yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə, o cümlədən startapların formalaşdrılmasına göstərilən dəstəyin təmin edilməsidir.
 
 
Seminar Yüksək Texnologiyalar Parkının inzibati ofisində (Nizami küç, 203b, AF Business House, 3cü mərtəbə) saat 09:30-da öz işinə başlayacaq.
 
 
 
HƏQİQƏT




05/03/15    Çap et